Bank Of Baku

Tovuz sakinini qətlə yetirən həmyerlisi həbs edilib

Tovuz sakinini qətlə yetirən həmyerlisi həbs edilib
# 20 avqust 2008 10:46 (UTC +04:00)
Bakı – APA. Avqustun 18-də Tovuz rayonunun Dondar Quşçu kəndində, Tovuz çayının sahilində 30-35 yaşlı küt alətlə qətlə yetirilmiş kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma nəticəsində mərhumun Tovuz rayon sakini Rizvan Qasımov olduğu müəyyənləşdirilib. əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Qasımovun avqustun 17-də Aşağı Öysüzlü kənd sakini Camal Həsənov tərəfindən münaqişə zəminində qətlə yetirilməsi məlum olub. C. Həsənov tutulub, faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR