Bank Of Baku

Sergey Strekalinin apellyasiya şikayəti üzrə ilkin iclas keçirilib

Sergey Strekalinin apellyasiya şikayəti üzrə ilkin iclas keçirilib
# 20 avqust 2008 12:47 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlamaqda ittiham edilən Sergey Strekalinin apellyasiya şikayəti üzrə ilkin iclas keçirilib. Aqil Xəlilin vəkili Elçin Sadıqov APA-ya bildirib ki, o, prosesdə iş üzrə məhkəmə araşdırması aparılması barədə vəsatətlə çıxış edib. Məhkəmə isə vəsatəti qəbul etməyib. E. Sadıqov bu qərardan kassasiya şikayəti verəcəklərini bildirib. Məhkəmə prosesi avqustun 27-ə təyin olunub.

Qeyd edək ki, Sergey Strekalin Nəsimi rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər yetirmə) və 234.1 (narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR