Bank Of Baku

Bakı şəhər Prokurorluğu: Azərbaycan paytaxtındakı məsciddə törədilən partlayışla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Bakı şəhər Prokurorluğu: Azərbaycan paytaxtındakı məsciddə törədilən partlayışla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb
# 20 avqust 2008 16:43 (UTC +04:00)
Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev APA-ya açıqlamasında bildirib ki, həmin şəxsin Bakı şəhərində kirayədə yaşadığı evdə axtarış aparılarkən milli, sosial və dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn, aşkar surətdə törədilməsinə yönələn kitablar aşkarlanaraq götürülüb.

Bu gün Emin Rəsulova Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə (milli sosial və ya dini nifrət, düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətləri aşkar surətdə törətmək) ittiham elan edilib. Onun barəsində Səbayel rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda “Əbu-Bəkr” məscidində törədilən cinayətdə E. Rəsulovun iştirak edib-etməməsi araşdırılır, cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR