Bank Of Baku

Tovuzda bir gündə eyni kənddə 147 nəfər zəhərlənib

Tovuzda bir gündə eyni kənddə 147 nəfər zəhərlənib
# 20 avqust 2008 20:49 (UTC +04:00)
Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimi Mahirə Quliyeva APA-nın qərb bürosuna bildirib ki, dünəndən etibarən Aşağı Öysüzlü kəndindən sakinlər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər. Avqustun 20-də günortaya yaxın isə müraciətlərin sayı artıb. İndiyə qədər ümumilikdə eyni kənddən 147 nəfər zəhərlənmədən şikayət edərək xəstəxanaya müraciət edib.

Həkimin söylədiyinə görə, xəstələr ambulator müayinə olunduqdan sonra evə buraxılıblar. Yalnız 20 nəfərin vəziyyəti orta-ağırdır. Vəziyyəti orta-ağır olan xəstələrdən beşi isə azyaşlıdır.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin iki mütəxəssisi rayona gəlib. Toy mərasimində
istifadə olunan yeməklərdən nümunələr götürülüb.

İlkin ehtimala görə, zəhərlənmə ev şəraitində hazırlanmış “Paytaxt salatın”dan olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR