Bank Of Baku

Azərbaycan paytaxtındakı firmadan 240 min dollar oğurlayan şəxslər həbs olunublar

Azərbaycan paytaxtındakı firmadan 240 min dollar oğurlayan şəxslər həbs olunublar
# 21 avqust 2008 08:23 (UTC +04:00)
Nəsimi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, cinayəti 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Mustafayev Elvin Abdul oğlu, Ağayev Faiq Xanlar oğlu, firmanın sürücüsü Əliullayev Natiq Namiq oğlu əvvəlcədən əlbir olaraq sürtgü yağları satış firmasından pul ələ keçirmək məqsədi ilə törədiblər. E. Mustafayev və F. Ağayev aralarında olan razılaşmaya əsasən, firmaya məxsus 10 KV-651 dövlət nömrə nişanlı “Ford” tranzit markalı avtomobilin kuzov hissəsində oturaraq firmanın həyətinə daxil olublar. Onlar maşında gözləyiblər, saat 02.00 radələrində mühafizəçiyə basqın edərək əl-qolunu bağlayıblar və xəsarət yetiriblər. Daha sonra firma direktorunun otağına daxil olan hər iki şəxs içərisində 150 min ABŞ dolları və 75 min AZN olan dəmir seyfi götürərək, 10 KV 621 və 10 VD-621 nömrə nişanlı “Ford” markalı avtomobillərlə hadisə yerindən uzaqlaşıb. 3-4 saat sonra 10 KV-621 nömrə nişanlı avtomobil Yasamal rayonundakı “Tamam” yaşayış kompleksinin qarşısında, 10 VD-621 nömrə nişanlı avtomobil isə Babək prospektindəki 79 saylı yaşayış binasının qarşısında tapılıb. F. Ağayev avqustun 17-də, E. Mustafayev isə avqustun 20-də saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 185.2.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə)) maddələri ilə cinayət işi başlanıb, barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. N. Əliullayevin tutulması istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR