Bank Of Baku

Elçin Behbudov polis şöbələrində keçirdiyi monitorinqin nəticələri ilə bağlı Ramil Usubova müraciət edəcək

Elçin Behbudov polis şöbələrində keçirdiyi monitorinqin nəticələri ilə bağlı Ramil Usubova müraciət edəcək
# 21 avqust 2008 09:47 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Azərbaycanın rayon və şəhər polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqləri başa çatdırıb. Komitə sədri APA-ya bildirib ki, iki gün ərzində Hacıqabul, Kürdəmir, Ucar, Göyçay, Ağdaş, Şəmkir, Göygöl, Ağdam, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Zərdab rayonlarının, Mingəçevir şəhər polis şöbəsinin, Gəncə Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında və Gəncədəki 2 saylı İstintaq Təcridxanasında monitorinqlər keçirib.

Monitorinq zamanı ona işgəncə faktı ilə bağlı müraciət edilmədiyini bildirən hüquq müdafiəçisinin sözlərinə görə, bəzi polis şöbələrində qanundankənar olaraq 48 saatdan çox saxlanma faktları aşkar edib.

Komitə sədri bu faktlarla bağlı bu gün daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib. E. Behbudovun sözlərinə görə, müvəqqəti saxlanma təcridxanalarının standartlara uyğun təmir edilməsinin, bəzi saxlanma yerlərində isə təmir işlərinin davam etdirilməsinin şahidi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR