Bank Of Baku

Səbayel rayon Polis İdarəsinin ekspert-kriminalisti ona qarşı irəli sürülən ittihamı qəbul edib

Səbayel rayon Polis İdarəsinin ekspert-kriminalisti ona qarşı irəli sürülən ittihamı qəbul edib
# 22 avqust 2008 08:58 (UTC +04:00)
Bu açıqlamanı APA-ya bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov verib. Komitə sədri bildirib ki, monitorinq zamanı ona saxlanılan şəxslərdən işgəncə faktı ilə bağlı müraciət edən olmayıb. E. Behbudov deyib ki, bir neçə gün əvvəl həbs edilən Səbayel rayon Polis İdarəsinin ekspert-kriminalisti Əli Axundov da BMCMİ-nin təcridxanasında saxlanılır. 1959-cu il təvəllüdlü Ə. Axundova qarşı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) üzrə ittiham irəli sürülüb. Hüquq müdafiəçisi deyib ki, kabinetində silah tapılan Ə. Axundov özünü təqsirli bildiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR