Bank Of Baku

Masallıda iki nəfərdən narkotik vasitə götürülüb

Masallıda iki nəfərdən narkotik vasitə götürülüb
# 23 avqust 2008 07:51 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən iki nəfər saxlanılıb. Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Sarıxan Mirzəyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakini, 1972-ci il təvəllüdlü Rövşən Tapdıq oğlu Sadıqovdan 0,02 qram heroin aşkarlanaraq götürülüb. O, narkotik vasitəni rayon sakini, 1954-cü il təvəllüdlü Yaqub Əliağa oğlu Mahmudovdan aldığını bildirib. Y.Mahmudovun evinə baxış keçirilərkən 0,022 qram heroin və 0,91 qram tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Masallı RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR