Bank Of Baku

Ağdamın Üçoğlan kəndində bir ev ilanların hücumuna məruz qalıb

Ağdamın Üçoğlan kəndində bir ev ilanların hücumuna məruz qalıb
# 23 avqust 2008 15:16 (UTC +04:00)
Kənd sakini bildirib ki, evə hücum edən ilanlardan 8-ni saya bilib: Günorta vaxtı nəvəm mətbəxə su içməyə keçmişdi. Qazanın yanında böyük bir ilan görüb. Tez xəbər verdi, ilanı öldürdük. Ardınca daha yeddi ilan dolabların arasından çıxdı. Onlardan ikisini öldürə bildik, o biriləri isə qaçdı. Hələ tapa bilməmişik”.

Ev sahibləri hadisə ilə bağlı Ağdam rayon Gigiyena və Epidimeologiya stansiyasının rəhbəri Rəhman Məmmədov, həmçinin rayonun Baytarlıq İdarəsinin rəhbəri Fərhad Bəxtiyarova müraciət ediblər. Lakin hər iki qurum bu məsələnin onların səlahiyyətində olmadığını bildirib.

Ailə üzvləri hazırda ilanlı evi tərk ediblər. Lakin onlara ilanların tapılması, həmçinin ev əşyalarının arasına zəhər buraxıb-buraxmadığını müəyyənləşdirməyə heç bir rəsmi qurum kömək etmir.

Z. Quliyev deyib ki, müraciət etdikləri qurumlar yalnız bu məsələnin onların səlahiyyətində olmadığını deməklə kifayətlənirlər: “Amma kimə müraciət edəcəyimizi deyən yoxdu. Biz naəlac vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR