Bank Of Baku

Yekaterinburqda azərbaycanlılarla ruslar arasında kütləvi dava baş verib

Yekaterinburqda azərbaycanlılarla ruslar arasında kütləvi dava baş verib
# 25 avqust 2008 08:39 (UTC +04:00)
Yekaterinburq-APA. Avqustun 11-də Yekaterinburq kafelərindən birində azərbaycanlılarla ruslar arasında kütləvi dava baş verib. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, davaya səbəb kafedə olan azərbaycanlıların mobil telefonları oğurlanması olub. Axtarış zamanı telefonlar həmin vaxt kafedə olan iki rusun üzərindən çıxıb və nəticədə azərbaycanlılarla ruslar arasında dava baş verib. Dava iki nəfərin ağır vəziyyətdə xəstəxanaya düşməsi ilə nəticələnib. Hadisədən dörd gün sonra şəhərdə azərbaycanlılarla ruslar arasında yenə kütləvi dava düşüb. Bu dəfə davada bir neçə soydaşımız vəhşicəsinə döyülüb. Tərəflər haqq-hesabı çürütmək üçün “Avanqard” fabrikinin yaxınlığına növbəti görüş təyin ediblər. Rusiya mətbuatının yazdığına görə, bu qarşıdurmada ən azı bir neçə yüz adamın iştirakı gözlənilir. Hüquq-mühafizə orqanları insidentin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR