Bank Of Baku

Sabirabad sakinindən narkotik vasitə götürülüb

Sabirabad sakinindən narkotik vasitə götürülüb
# 25 avqust 2008 09:07 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov - APA. Sabirabad sakinindən narkotik vasitə götürülüb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsindən bildirilib. Avqustun 24-də keçirilən əməliyyat tədbirləri nəticəsində Sabirabad şəhəri, E.Qasımov küçəsi 7-də yaşayan 1985-ci il təvəllüdlü Hüseynov Bəybala Ağabala oğlunun həyətindən 1 ədəd yaş çəkisi 6 kq olan çətənə kolu götürülüb. Onun yaşadığı mənzildə axtarış aparılarkən 1018 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı Sabirabad rayon polisi tərəfindən cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR