Bank Of Baku

Azərbaycanın Kürdəmir rayonunda baş verən qəzada beş nəfər həlak olub

Azərbaycanın Kürdəmir rayonunda baş verən qəzada beş nəfər həlak olub
# 26 avqust 2008 08:20 (UTC +04:00)
Kürdəmir Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kənd sakini, 1953-cü il təvəllüdlü Abusalamov Elxan Şirin oğlunun idarə etdiyi “KamAZ” markalı, 24 BC 660 nömrə-nişanlı avtomobil Tovuz rayonunun Qovlar kənd sakini, 1964-cü il təvəllüdlü Sadıqov Mərdan Mədət oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 20 BN 064 nömrə-nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”-ın sürücüsü M. Sadıqov, sərnişinləri – Tovuzun Kirən kənd sakinləri 1966-cı il təvəllüdlü Yunanov Rafiq Mehralı oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Yunanov Vidadi Mehralı oğlu, qohumu, rayonun Böyük Qışlaq kənd sakini, 1964-cü il təvəllüdlü Yunanova Pakizə Məhəmmədəli qızı, Qovlar qəsəbə sakini, 1977-ci il təvəllüdlü Elnur Hacıyev aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR