Bank Of Baku

Masallıda transformatorda baş verən yanğın nəticəsində üç ev yanıb

Masallıda transformatorda baş verən  yanğın nəticəsində üç ev yanıb
# 26 avqust 2008 09:05 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunun Bədələn kəndində “Köhnə çay fabriki” adlanan ərazidə yerləşən transformatorda yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, transformatorda baş verən yanğın Bədəlan kənd sakini Faiq Kərimova məxsus ümumi sahəsi 110 kv.m olan ikiotaqlı mənzilə keçib. Nəticədə evin yanar konstruksiyaları və içindəki əşyalar tamamilə yanıb. Yanğın nəticəsində yaxınlıqdakı daha iki evə də ziyan dəyib.

Hadisə yerinə gedən Masallıdakı Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürənləri yanğının daha geniş miqyasa yayılmasının qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR