Bank Of Baku

Azərbaycanda baş vermiş yol qəzalarında bir neçə nəfər ölüb

Azərbaycanda baş vermiş yol qəzalarında bir neçə nəfər ölüb
# 26 avqust 2008 12:21 (UTC +04:00)
Bakı - APA. Bu gün saat 07.30 radələrində Yasamal rayonun ərazisində Sumqayıt şəhər sakini Rəşad Rüstəmov "VAZ-2101" markalı avtomaşını idarə edərkən 40-45 yaşlı qadını vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qadın hadisə yerində ölüb. Yasamal rayon Polis İdarəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır.

Dünən Qobustan rayonunun Təklə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində də 1 nəfər ölüb. Saat 19.40 radələrində kənd ərazisində, kənd sakini Vüqar Nurəliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu aşırıb. Nəticədə V. Nurəliyev hadisə yerində ölüb.

Həmin gün saat 22.00 radələrində Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində, kənd sakini Şahin Yusifov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla həmkəndlisi Qafar Abdullayevi vurub. Xəstəxanaya yerləşdirilən Q. Abdullyev orada ölüb. Göygöl rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR