Bank Of Baku

Elçin Əmiraslanovun vəkili Baş Prokurorluğa müraciət edəcək

Elçin Əmiraslanovun vəkili Baş Prokurorluğa müraciət edəcək
# 26 avqust 2008 13:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Qobustan həbsxanasında saxlanılan ömürlük məhbus Elçin Əmiraslanov aclıq aksiyasını davam etdirir. Bu barədə APA-ya məhbusun vəkili Aydın Nəzərli bildirib. E. Əmiraslanovla dünən görüşdüyünü bildirən vəkil deyib ki, aclıq etməsi səbəbindən məhkumun səhhətində problemlər yaranıb.

A. Nəzərli müdafiə etdiyi şəxsin avqustun 16-da müəssisədə işgəncələrə məruz qaldığını söyləyib: “Elçin Əmiraslanov dedi ki, onu müəssisənin 10-12 əməkdaşı döyüb, sonra isə “kars”a salıblar. Hələ də “kars”da saxlanılan məhbusun bədənində işgəncə izləri görünür”. A. Nəzərli bununla bağlı Respublika Baş Prokurorluğuna və Ədliyyə Nazirliyinə müraciət edəcəyini deyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən isə APA-ya deyilib ki, E. Əmiraslanova işgəncə verilməsi barədə deyilənlərin əsası yoxdur. Şöbədən bildirilib ki, məhkumun qanunsuz hərəkətləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülüb və o, “kars”a salınıb. Şöbədən E. Əmiraslanovun aclığı davam etdirməsi faktını təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR