Bank Of Baku

Etimad İsmayılovun işi üzrə istintaq materialları Çelyabinsk vilayət məhkəməsinə göndərilib

Etimad İsmayılovun işi üzrə istintaq materialları Çelyabinsk vilayət məhkəməsinə göndərilib
# 26 avqust 2008 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə istintaq materialları Çelyabinsk vilayət məhkəməsinə göndərilib. E. İsmayılovun vəkili Mixail Boqomolov APA-ya bildirib ki, müdafiə tərəfi işə Moskvada mərkəzi məhkəmə instansiyasında baxılması istiqamətində fəaliyyətini davam etdirir: “Bu, yekun nəticə deyil. Ola bilər ki, məhkəmə istintaqının Moskvada aparılmasına nail olduq. Buna görə də hazırlıq iclasının vaxtı müəyyənləşməyib. Gələn həftə işə harada baxılacağı ilə bağlı məsələyə aydınlıq gələcək”. Vəkil bildirib ki, Etimad İsmayılova başqa ittiham irəli sürülməyib. Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk Vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.
Xatırladaq ki, E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR