Bank Of Baku

7 saylı Cəzaçəkmə Müəssisəsində məhkum aclıq aksiyasını dayandırıb

7 saylı Cəzaçəkmə Müəssisəsində məhkum aclıq aksiyasını dayandırıb
# 26 avqust 2008 14:20 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Bayıldakı 1 saylı İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, təcridxanaya olan müraciətlər əsasında gedib və bir sıra şəxslərlə görüşüb.

Hüquq müdafiəçisi deyib ki, Cinayət Məcəlləsinin 204-cü maddəsi üzrə ittiham edilən Sabirabad sakini Fəqan Vəliyev, 102.2-ci maddəsi üzrə ittiham edilən Şəmkir sakini Akif Gülməmmədov, 120.1.2 (qəsdən adam öldürmə) maddəsi üzrə ittiham edilən Balakən sakini İbrahim Abdullayev, 180.2.2-ci maddəsi üzrə ittiham edilən Elvin Qasımovun ona polis şöbələrində aparılan istintaq zamanı işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Komitə sədrinin sözlərinə görə, “Tolışi-sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu, Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə ittiham olunan Emil Məmmədov da ona polisdə işgəncələrə məruz qaldığını deyib. E. Behbudov bildirib ki, görüşdüyü şəxslərin saxlanma şəraitindən heç bir şikayətləri olmayıb.

Komitə sədri bu gün həmçinin müraciət əsasında 7 saylı Cəzaçəkmə Müəssisəsində orada saxlanılan, uzun müddətdən bəri aclıq aksiyası keçirən məhkum Elşən Paşayevlə görüşdüyünü deyib. Hüquq müdafiəçisi məhbusun bu gün aclığı dayandırdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR