Bank Of Baku

Dəvəçidə Məcidova bacılarının qətlində təqsirləndirilən qardaşlar ittihamları qəbul etməyiblər

Dəvəçidə Məcidova bacılarının qətlində təqsirləndirilən qardaşlar ittihamları qəbul etməyiblər
# 26 avqust 2008 15:18 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, prosesdə şahid və zərərçəkmiş şəxslərin ifadələri dinlənib. Məcidova bacılarının valideynləri tapılan meyitin onların qızı olmadığını bildiriblər. Təqsirləndirilən şəxslər isə ifadələrində qızların heç birini tanımadıqlarını bildirib, onların övladları yaşında olduqlarını deyiblər. Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktında Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunan İsmayılov qardaşlarının ötən ilin avqustunda Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atdıqları göstərilib. N. Məcidovanın meyiti keçən il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə indiyədək tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR