Bank Of Baku

Prokuror sabiq bələdiyyə sədrinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror sabiq bələdiyyə sədrinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
# 26 avqust 2008 15:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi bələdiyyəsinin sabiq sədri Məcnun Əliyev, bələdiyyənin təsərrüfat bölməsinin sabiq müdiri Aydın İsmayılov, bölmənin əməkdaşları Nizami Əzizov, Nuru Məmmədov, İnqilab Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı Azər Osmanov çıxış edərək, məhkəmədən Məcnun Əliyevin 10, Aydın İsmayılovun 7, Nizami Əzizovun 6, Nuru Məmmədovun 5, İnqilab Ağalarovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prosesi avqustun 29-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311 (rüşvət alma) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR