Bank Of Baku

Volqoqradda 36 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib

Volqoqradda 36 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib
# 26 avqust 2008 15:56 (UTC +04:00)
Volqoqrad-APA. Volqoqrad kafelərindən birində Azərbaycan vətəndaşının cəsədi tapılıb. APA-nın məlumatına görə, cəsəddə çoxsaylı bıçaq yaraları aşkarlanıb. 36 yaşlı kişinin cəsədini kafenin işçiləri aşkarlayıblar. Hadisə yerinə milis çağırılıb, ekspertlər dünyasını dəyişmiş şəxsin sinə, boğaz və üz nahiyəsində 10 bıçaq yarasının olduğunu müəyyənləşdiriblər. Hələlik qətlin motivləri məlum deyil. Hazırda faktla bağlı təhqiqat aparılır. Qeyd edək ki, avqustun 11-də Volqoqradda daha bir Azərbaycan vətəndaşı qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR