Bank Of Baku

Tovuzda aşkarlanan neolit və eneolit dövrünə aid şəhər qalıqlarının arxeoloji tədqiqatı üçün xarici mütəxəssislər cəlb olunub

Tovuzda aşkarlanan neolit və eneolit dövrünə aid şəhər qalıqlarının arxeoloji tədqiqatı üçün xarici mütəxəssislər cəlb olunub
# 27 avqust 2008 07:42 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı – APA. Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində aşkarlanan neolit və eneolit dövrünə aid şəhər qalıqlarının arxeoloji tədqiqatı üçün xarici mütəxəssislər cəlb olunub. Yaponiya və Fransadan gələn mütəxəssislər qədim yaşayış yerinin bizim eradan əvvəl 8-ci min illiyə aid olduğunu ehtimal edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevin APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göytəpə ərazisində aşkarlanan qala divarlarının bir hissəsi üzə çıxarılıb. Yerin altından çıxan neolit dövrünü əks etdirən sümükdən hazırlanmış əmək alətləri fransız mütəxəssislərinin xüsusi diqqətini cəlb edib. Tapılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib. Fransa və Yaponiya mütəxəssisləri qədim yaşayış yerlərini Yaxın Şərqin abidələri ilə müqayisə edirlər.

Qazıntı-tədqiqat işləri zamanı Avropanın maddi-mədəniyyət abidələrinin öyrənilməsi ilə birgə müasir arxeoloji metodları və texnologiyalardan da istifadə edilir. Fransa Milli Araşdırmalar Mərkəzinin Tədqiqatlar üzrə direktoru Bertille Lyonnet APA–nın yerli bürosuna bildirib ki, qədim şəhər eramızdan əvvəl 8-ci min illiyə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR