Bank Of Baku

Azərbaycanın Şəki şəhərində baş verən avtomobil qəzasına 16 yaşlı oğlan həlak olub

Azərbaycanın Şəki şəhərində baş verən avtomobil qəzasına 16 yaşlı oğlan həlak olub
# 27 avqust 2008 08:28 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə Qaraməryəm-Balakən magistral yolunun 140-cı kilometrliyində, Şəkinin Zəyzid kəndi ərazisində qeydə alınıb. Kənd sakini Elnur Abdurəhim oğlu Rəsulov idarə etdiyi “Mitsubishi-Pajero” markalı, 10 XC 559 dövlət nömrə nişanlı maşını yüksək sürətlə hərəkət edərkən aşırıb. Qəza nəticəsində maşında olan sərnişin, 16 yaşlı Toğrul Abdurəhim oğlu Rəsulov aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücü E. Rəsulov və maşında olan daha iki sərnişin müxtəlif bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin dediyinə görə, onların vəziyyəti normaldır. Faktla bağlı Şəki RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR