Bank Of Baku

Rasim Əkbərov azadlığa buraxılıb

Rasim Əkbərov azadlığa buraxılıb
# 27 avqust 2008 09:01 (UTC +04:00)
APA-nın məlumatına görə, 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən R. Əkbərov bu gün azad edilib. Onunla bərabər, həmin müəssisədən daha bir məhkum, 14 il müddətinə azadlıqdan məhrum edilən İsmayıl Məmmədov da azadlığa çıxıb.


Məhkumların azad edilməsi prosesində iştirak edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov sonuncu əfv fərmanının 96 nəfərə şamil olunduğunu, onlardan 86-nın cəzasının çəkilməmiş hissəsindən azad edildiyini bildirib. Fərmanın şamil olunduğu 10 nəfər azadlıqdan məhrum edilməyən şəxsdir. H. Əlixanov indiyədək imzalanan 45 əfv fərmanından 13-ün İlham Əliyev tərəfindən imzalandığını söyləyib. Bu fərmanlar ümumilikdə, 4858 nəfərə şamil olunub. İndiyədək qəbul olunan 8 Amnistiya Aktı isə 40 min məhkuma şamil edilib.

İ. Məmmədov və R. Əkbərovun atası Ağa Əkbərov isə çıxış edərək prezidentə təşəkkür ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR