Bank Of Baku

Polisə Azərbaycan paytaxtında avtomobilə bomba qoyulduğu barədə məlumat verilib

Polisə Azərbaycan paytaxtında avtomobilə bomba qoyulduğu barədə məlumat verilib
# 27 avqust 2008 09:03 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, polis dərhal avtomobilin olduğu NZS qəsəbəsinə gələrək ərazini mühasirəyə alıb. Keçirilən axtarış nəticəsində “cip” tipli avtomobildə bomba olmadığı aşkarlanıb. Buna baxmayaraq, avtomobil evakuatorla hadisə yerindən aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya açıqlamasında məlumatı təsdiqləsə də, zəng edən şəxsin, onun arvadının, avtomobilin markası və nömrəsinin mətbuata açıqlanmasının məqsədəuyğun olmadığını deyib. E. Zahidovun sözlərinə görə, Xətai sakini həyat yoldaşının avtomobilinə bomba qoyulduğundan şübhələnərək, qorxudan polisə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR