Bank Of Baku

Prezidentin imzaladığı əfv fərmanı ilə Rəsul Quliyevin qardaşı oğlu azadlığa buraxılıb

Prezidentin imzaladığı əfv fərmanı ilə Rəsul Quliyevin qardaşı oğlu azadlığa buraxılıb
# 27 avqust 2008 11:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı əfv fərmanı bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı ixtisaslaşmış müalicə müəssisəsində, 2 və 9 saylı cəzaçəkmə müəssisələrində də icra olunub. APA-nın məlumatına görə, əfv fərmanı ilə bağlı bu gün adıçəkilən müəssisələrdə keçirilən mərasimlərdə 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsindən 5, 2 saylı həbsxanadan 7, 9 saylı müəssisəndən isə 2 nəfər sərbəst buraxılıb. Sərbəst buraxılanlar arasında eks-spiker Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyev də var. Penitensiar Xidmətin əməliyyat rejim idarəsinin rəisi İlham Cəfərov jurnalistlərə açıqlamasında deyib ki, 1995-ci ildən indiyə qədər 45 əfv fərmanı imzalanıb. Bu fərmanlar 39.289 nəfərə şamil olunub. Sonuncu əfv fərmanı prezident İlham Əliyev tərəfindən imzalanan 13-cü fərmandır. Bu əfv fərman 96 məhkuma şamil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR