Bank Of Baku

Azərbaycan paytaxtındakı “Əbu Bəkr” məscidində partlayış törətməkdə şübhəli bilinən şəxslərin foto-robotu hazırlanıb

Azərbaycan paytaxtındakı “Əbu Bəkr” məscidində partlayış törətməkdə şübhəli bilinən şəxslərin foto-robotu hazırlanıb
# 27 avqust 2008 13:11 (UTC +04:00)
Şübhəli şəxs sayılan kişinin boyu təxminən 170-175 sm, yaşı 20-25, saçlarının rəngi tünd qəhvəyi, gözlərinin rəngi tünd qəhvəyi, arıq bədənli, əynində qara rəngli şalvar və qara rəngli köynək olub.

Qadının isə təxminən 25-30 yaşlarında olduğu təxmin edilir.

Qeyd edək ki, avqustun 17-də baş verən partlayışla bağlı aparılan istintaq zamanı 1984-cü ildə Astara rayonunda anadan olmuş Rəsulov Emin Aydın oğlu şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin Bakı şəhərində kirayədə yaşadığı evdə axtarış aparılarkən milli, sosial və dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn, aşkar surətdə törədilməsinə yönələn kitablar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə (milli sosial və ya dini nifrət, düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətləri aşkar surətdə törətmək) ittiham elan edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 21 nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR