Bank Of Baku

Azərbaycanlı hüquq müdafiəçisi Qobustan həbsxanasına baxış keçirib

Azərbaycanlı hüquq müdafiəçisi Qobustan həbsxanasına baxış keçirib
# 28 avqust 2008 10:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin koordinatoru Sahib Məmmədov dünən Qobustan həbsxanasında olub. Hüquq müdafiəçisi APA-ya açıqlamasında bildirib ki, həbsxanaya əfv fərmanının icrası ilə bağlı gedib və fürsətdən istifadə edərək orada qida blokuna, tibb hissəsinə baxış keçirib: “Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanovla birgə həbsxanada saxlanılan ömürlük məhbus Şakir Rzaxanovla və başqa bir ömürlük məhkumla da görüşdük. Mən həbsxanada aclıq aksiyası keçirən ömürlük məhkum Elçin Əmiraslanovun da vəziyyəti ilə maraqlandım. Biz orda olanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də həbsxanada idilər və onunla görüşmək istəyirdilər”.

S. Məmmədov deyib ki, E. Əmiraslanov həkim nəzarətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR