Bank Of Baku

Hüquq müdafiəçiləri 12, 13 və 14 saylı Cəzaçəkmə Müəssisələrində olublar

Hüquq müdafiəçiləri 12, 13 və 14 saylı Cəzaçəkmə Müəssisələrində olublar
# 28 avqust 2008 12:47 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səədət Bənənyarlı, Çingiz Qənizadə və Novella Cəfəroğlu bu gün 12, 13və 14 saylı cəzaçəkmə müəssisələrində olublar. Səadət Bənənyarlı APA-ya açıqlamasında bildirib ki, 12 saylı müəssisədə saxlanılan jurnalist Eynulla Fətullayevlə və keçmiş səhiyyə naziri Əli İnsanovun bacısı oğlu Anar Namazovla görüşüblər. Hüquq müdafiəçisi deyib ki, məhkumların saxlanma şəraitindən hər hansı şikayəti olmayıb. S. Bənəyarlının sözlərinə görə, 13 saylı müəssisədə görüşdükləri sabiq səhiyyə naziri Əli İnsanov isə 120 nəfərlik yataqxanada saxlanmasına görə narazılığını bildirib. Hüquq müdafiəçiləri 14 saylı Cəzaçəkmə Müəssisəsində “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə görüşüblər. S. Bənənyarlı deyib ki, onlar M. Sakitin bir qədər əvvəl müəssisədə ona sui-qəsd cəhdinin edilməsi barədə verdiyi məlumatı araşdırıblar. Qrup üzvü qeyd edib ki, məhbusun başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsi gündəmdədir və yəqin ki, M. Sakit ailəsinin yaşadığı ünvana daha yaxın müəssisəyə köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR