Bank Of Baku

Müsavat Partiyası kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələri dayandırıb

Müsavat Partiyası kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələri dayandırıb
# 28 avqust 2008 12:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələri dayandırıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, buna səbəb müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaranması ilə bağlı bir seçkilərdə iştirak etməyən partiyalar arasında başlayan müzakirələrdir. A. Hacılı bu ərəfədə ayrıca aksiyanın keçirilməsinə ehtiyac görmədiyini deyib: “Hələlik mərkəzin yaranması ilə bağlı məsləhətləşmələr davam edir və belə bir fikir var ki, bu mərhələdə kütləvi aksiyaların bu əməkdaşlıq mərkəzinin təşkilatçılığı altında keçirilməsi daha məqsədəuyğundur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR