Bank Of Baku

Azərbaycanda ölümlə nəticələnən yol qəzaları baş verib

Azərbaycanda ölümlə nəticələnən yol qəzaları baş verib
# 28 avqust 2008 13:34 (UTC +04:00)
Bakı - APA. Avqustun 27-də saat 19.00 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində, rayon sakini Zahid Yusifov "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Z. Yusifov, sərnişinləri - arvadı Kifayət, oğlu Vüsal hadisə yerində ölüb, xəsarətlə xəstəxanaya yerləşdirilən digər oğlu Anar isə orada dünyasını dəyişib. Həmin gün saat 18.00 radələrində Əzizbəyov rayonunun Pirallahı qəsəbəsi ərazisində, Masallı rayon sakini Vüsal Mövsümov "Nissan" markalı avtomaşını idarə edərkən Bakıxanov qəsəbə sakini Nəriman Hacıəliyevi vurub. Nəticədə N. Hacıəliyev hadisə yerində ölüb. Avqustun 27-də Neftçala rayonu ərazisində baş verən yol qəzası da ölümlə nəticələnib. Saat 21.40 radələrində Neftçala rayon sakini Qəhrəman Əliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən həmyerlisi Sədaqət Sadıqovu vurub. Nəticədə S. Sadıqov bir gündən sonra xəstəxanada ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR