Bank Of Baku

“Xristian-Baptist”lərin Zaqataladakı liderinin həbs müddəti uzadılıb

“Xristian-Baptist”lərin Zaqataladakı liderinin həbs müddəti uzadılıb
# 28 avqust 2008 15:59 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli bilinərək həbs olunan “Xristian-Baptist” dini icmasının Zaqataladakı lideri Həmid Şabanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti iki ay uzadılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna H. Şabanovun ailə üzvləri məlumat veriblər. Ailə üzvlərinin sözlərinə görə, məhkəmə prosesində hakim H. Şabanovun barəsində seçilmiş həbs müddətinin uzadılması və istintaq işinin yenidən araşdırılması üçün Rayon Prokurorluğuna verilməsi barədə qərar qəbul edib.

Zaqatala Rayon Prokurorluğundan isə APA-nın yerli bürosuna bildirilib ki, H. Şabanovun istintaq işinə yenidən baxılmasına təqsirləndirilən şəxsin məhkəmə prosesi zamanı ifadəsini gürcü dilində verməsi səbəb olub. Təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olmasına baxmayaraq, bu dildə danışa bilmədiyini əsas gətirərək, tərcüməçi tələb edib. Belə olan halda məhkəmə H. Şabanovun həbs müddətinin daha iki ay uzadılması və onun barəsində başlanmış cinayət işinə yenidən baxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, iyunun 22-də Zaqatala polisinin keçirdiyi əməliyyat zamanı rayonun Əliabad kənd sakini H. Şabanovun yaşadığı mənzildən 1 ədəd “Makarov” tipli tapança, onun ehtiyat hissələri və 37 ədəd qadağan olunmuş dini ədəbiyyat aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə H. Şabanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR