Bank Of Baku

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin toplantısı keçirilib

Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin toplantısı keçirilib
# 28 avqust 2008 16:00 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin mövcud tərkibdə sonuncu toplantısı keçirilib. Komitənin koordinatoru Sahib Məmmədov APA-ya bildirib ki, Ədliyyə Nazirliyində keçirilən tədbirdə qurum üzvlərinin hesabatı dinlənilib, penitensiar müəssisələrdə may ayından indiyə kimi keçirilən monitorinqlər barədə məlumat verilib. S. Məmmədov deyib ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov İctimai Komitə üzvlərinin tövsiyələri əsasında penitensiar sistemdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. İclasda İctimai Komitənin hazırkı heyətinin səlahiyyət müddətinin oktyabrın sonlarında başa çatacağı qeyd olunub və qərara alınıb ki, qurum üzvləri o vaxta kimi 15 saylı Cəzaçəkmə Müəssisəsində və Qobustan həbsxanasında monitorinqlər keçirsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR