Bank Of Baku

Leysan yağışlar Qəbələ rayonuna ciddi ziyan vurub

Leysan yağışlar Qəbələ rayonuna ciddi ziyan vurub
# 28 avqust 2008 16:29 (UTC +04:00)
Zaqatala-Hafiz Heydərov-APA. Ötən gecə Azərbaycanın şimal-qərb bölgələrinə yağan leysan yağışlar Qəbələ rayonuna ciddi ziyan vurub. Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, Tikanlı Qaraçayında suyun səviyyəsinin qalxması Qəbələnin Abrıx, Tikanlı, Kötüklü, Dandıx kəndlərinin təsərrüfatlarına ziyan vurub. Kəndlərin ərazisində körpülərin mühafizə dirəklərini sel aparıb, həyətyanı sahələri su basıb, kənd təsərrüfatına ciddi ziyan dəyib. Kəndlərdə 10-15 iri və xırdabuynuzlu mal-qaranı sel aparıb. Hazırda rayon Fövqəladə Hallar Komissiyası sakinlərə dəyən ziyanın məbləğini hesablayır. Vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Ötən gecə güclü küləyin müşayiəti ilə yağan yağış Şəki, Zaqatala, Qax rayonlarında elektrik enerjisinin verilməsində fasilə yaradıb. Rayonlarda elektrik enerjisinin verilməsi bu gün günün ikinci yarısında bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR