Bank Of Baku

Astara sakininin bağında qeyri-adi alma yetişib - Foto

Astara sakininin bağında qeyri-adi alma yetişib - <font color=red>Foto </font>
# 29 avqust 2008 07:36 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara rayonunun Ərçivan kənd sakini Rafiq Cəfərova məxsus meyvə bağında möcüzəli təbiət hadisəsi baş verib. APA – nın Cənub bürosunun məlumatına görə, bağdakı alma ağaclarından üçünün meyvələri digər adi almalardan 4-5 dəfə böyükdür. Almaların iksinin çəkisi 1 kiloqram təşkil edir. Ən böyük almanın diametri isə 40 santimetrdir. Rafiq Cəfərov 1990 -cı ilin əvvəllərində ona məxsus “FAR-EL” Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində meyvə təsərrüfatı yaradıb. Hazırda 6 hektarlıq bağda 1300 –dən çox müxtəlif növ meyvə, həmçinin 5500 ədəd feyxoa, 550 ədəd naringi, 45 ədəd limon və 400 ədəd kinkan ağacı yetişdirilir. R. Cəfərov deyib ki, növbəti illərdə ağac bu növ almadan gətirsə, onun adını “Astara” qoyacaq və almanı respublika, sonra da dünya bazarlarına çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR