Bank Of Baku

Azərbaycana yeni «Volkswagen Passat CC» avtomobili idxal olunacaq

Azərbaycana yeni «Volkswagen Passat CC» avtomobili idxal olunacaq
# 29 avqust 2008 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Almaniya istehsalı olan «Volkswagen» avtomobillərinin Azərbaycandakı rəsmi dileri «Euro Style Ltd.» şirkəti ölkəyə yeni «Passat CC» idman sedanını idxal edəcək.
«Euro Style Ltd.» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni «Passat CC» modeli üç növ benzin mühərriki ilə təchiz olunub. Bunlar 1,8 litr (160 at gücü), 2,0 litr (200 at gücü) və 3,6 litr həcmində (300 at gücü) olan mühərriklərdir. Bundan başqa, yeni avtomobil iki növ dizel mühərriki ilə də təchiz olunub. Belə ki, «Passat CC» modelinə 140 və 170 at gücündə olan dizel mühərrikləri quraşdırılıb.
Qeyd edək ki, yeni «Passat CC» modeli bir-neçə gün bundan əvvəl Moskvada (Rusiya) keçirilən beynəlxalq avtomobil sərgisində nümayiş olunub. Rusiyada da yeni modelin satışına bu ilin payızında başlanacaq. Avtomobilin satış qiyməti isə təxminən 940 min Rusiya rublu (38,2 min ABŞ dolları) təşkil edəcək.
Xatırladaq ki, «Euro Style Ltd.» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 2 satış salonu və 2 servis mərkəzi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR