Bank Of Baku

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib
# 29 avqust 2008 09:24 (UTC +04:00)
Masallı. Ağaddin Babayev – APA. Masallı rayonun Ərkivan qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Azər Bəhmənovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, rayonun Hişkədərə kənd sakini, 1976-cı il təvəllüdlü İntiqam Sofiq oğlu Qurbanovun idarə etdiyi “VAZ-2106” markalı 42 AA 178 dövlət nömrə nişanlı avtomobil Masallı rayonunun Təzəkənd kənd sakini, 1956-cı il təvəllüdlü Böyükağa Barat oğlu İsgəndərovun idarə etdiyi “QAZ-5312A” markalı 44 BF 397 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə müxtəlif bədən xəsarətləri alan “VAZ-2106”-nın sərnişini, Masallı rayonunun Təzə Alvadı kənd sakini, 1950-ci il təvəllüdlü Yusif Alış oğlu Rüstəmov xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR