Bank Of Baku

İki Azərbaycan vətəndaşı Moskvada saxta rubl satmaq istəyərkən həbs olunub

İki Azərbaycan vətəndaşı Moskvada saxta rubl satmaq istəyərkən həbs olunub
# 02 sentyabr 2008 08:12 (UTC +04:00)
Moskva - APA. Moskvada saxta pul əsginasları satmaq istəyən iki Azərbaycan vətəndaşı tutulub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Moskva Daxili İşlər Baş İdarəsindən bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları satıcı qismində pul almaq üçün Azərbaycan vətəndaşlarına yaxınlaşıblar. Məlum olub ki, azərbaycanlılar öz “əməklərinə” yüksək qiymət verirlər. Onlar 230 min saxta rubl üçün 180 min həqiqi rubl istəyib, bunu saxta rublların yüksək ustalıqla hazırlanması ilə əsaslandırıblar.

Tərəflər sövdələşmənin Moskvanın Çerkizov bazarındakı restoranlardan birində baş tutması barədə razılığa gəliblər. Azərbaycan vətəndaşları saxta əsginasları “müştərilərə” vermək istəyərkən Xüsusi Təyinatlı Milis Dəstəsinin əməkdaşları onları həbs ediblər. Onların barəsində Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR