Bank Of Baku

Qətldə təqsirli bilinən polis zabitinin məhkəməsi başlayıb

Qətldə təqsirli bilinən polis zabitinin məhkəməsi başlayıb
# 04 sentyabr 2008 11:15 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə Salyan rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Rafət Cəfərov cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxs qismində ifadə verən R. Cəfərov ittiham üzrə özünü təqsirli bildiyini deyib. Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, ittiham aktına görə, R. Cəfərov Salyan rayon mərkəzindəki evində tabel silahı ilə həyat yoldaşı Həbibova Könül Akif qızını, qaynı Həbibov Qalib Akif oğlunu və baldızı Həbibova Afaq Akif qızını güllələyərək öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR