Bank Of Baku

Əli Hüseynov: “Məhkəmə proseslərində vətəndaşlara qanuni nümayəndəlik edən şəxslərin fəaliyyəti narahatlıq yaradır”

Əli Hüseynov: “Məhkəmə proseslərində vətəndaşlara qanuni nümayəndəlik edən şəxslərin fəaliyyəti narahatlıq yaradır”
# 04 sentyabr 2008 11:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycanda məhkəmə proseslərində vətəndaşlara qanuni nümayəndəlik edən şəxslərin fəaliyyəti narahatlıq yaradır. Bu insanlar vətəndaşlarla münasibətdə hətta dələduzluğa belə əl atırlar”. APA-nın məlumatına görə, bu sözləri Məhkəmə Hüquq Şurasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyib.

Şura üzvü Azərbaycanda vaxtilə məhkəmələrdə təcrübə toplamış bəzi şəxslərin hazırda digər vətəndaşlara qanuni nümayəndəlik etdiyini deyib. Belə bir institutun fəaliyyət göstərməsinin narahatlıq yaratdığını deyən Ə. Hüseynov məsələnin Məhkəmə Hüquq Şurasında müzakirə edildiyini də bildirib: “Həmin şəxslərin fəaliyyəti peşəkar vəkillərin kənarda qalması ilə nəticələnir. Hesab edirəm ki, bundan çıxış yolları tapılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR