Bank Of Baku

Oğuz rayonundakı “Şahin dərəsi”ndə meyit tapılıb

Oğuz rayonundakı “Şahin dərəsi”ndə meyit tapılıb
# 04 sentyabr 2008 13:01 (UTC +04:00)
Oğuz. Hafiz Heydərov-APA. Oğuz rayonundakı “Şahin Dərəsi” adlanan ərazidə naməlum kişi meyiti tapılıb. Oğuz Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, meyiti yerli sakinlər ağacdan asılı vəziyyətdə aşkar ediblər. Naməlum meyitin 40-45 yaşlarında kişi olduğu bildirilir.

Hazırda RP-nun istintaq qrupu meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Tibbi ekspertiza mərhumun cəsədinin üzərində heç bir zorakılıq əlamətləri aşkar etmədiyindən araşdırma, əsasən intihar versiyası üzərində aparılır.

Faktla bağlı Oğuz RP-da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR