Bank Of Baku

Olimpiya mükafatçısı olan Azərbaycan boksçusunun məhkəməsi başlayır

Olimpiya mükafatçısı olan Azərbaycan boksçusunun məhkəməsi başlayır
# 04 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Məhkəmədən APA-ya verilən məlumata görə, cinayət işi hakim Əlövsət Abbasovun icratına verilib. Prosesə hazırlıq iclası sentyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunur. İttihama görə, V. Ələkbərov hədə-qorxu yolu ilə iş adamı, “İnşaatçı E” MMC -nin təsisçisi Kənan Quliyevdən 10 min dollar pul tələb edib. Zərərçəkmişin ifadəsi əsasında onu bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR