Bank Of Baku

Elçin Behbudov Goranboy sakininin ölüm faktı ilə bağlı Ramil Usubova müraciət edib

Elçin Behbudov Goranboy sakininin ölüm faktı ilə bağlı Ramil Usubova müraciət edib
# 04 sentyabr 2008 14:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov sabah Şəki, Zaqatala, Qax, Balakən, Oğuz rayonların polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlər keçirəcək. Komitə sədri APA-ya bildirib ki, monitorinqlər saxlanma yerlərindəki vəziyyəti öyrənmək, işgəncə faktlarının olub-olmadığını aydınlaşdırmaq məqsədi daşıyır.
Hüquq müdafiəçisi Goranboy rayon sakini Məhəmməd Rəhimovun Dəliməmmədli qəsəbəsinin sahə müvəkkilinin məntəqəsində bir neçə gün əvvəl ölməsi faktı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etdiyini deyib. E. Behbudov deyib ki, mərhumun bacısı və qardaşı ona müraciət edərək M. Rəhimovun polisdə verilən işgəncələr nəticəsində öldüyünü bildiriblər: “Biz bunu işgəncə faktı kimi qəbul edirik. Müraciətimdə nazirdən faktın araşdırılmasını xahiş etmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR