Bank Of Baku

10 yaşlı Kürdəmir sakinini oğurlayaraq qətlə yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb

10 yaşlı Kürdəmir sakinini oğurlayaraq qətlə yetirməkdə təqsirli bilinən şəxslərin məhkəməsi başlayıb
# 04 sentyabr 2008 14:43 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə Kürdəmir rayon sakinləri - Elsevər Məmmədov, Səbuhi Dəmirov və İsmayıl Quliyevin məhkəməsi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar ittiham üzrə özlərinin təqsirli biliblər. Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər 2006-cı ilin fevralın 12-də Kürdəmir rayon Karrar kənd sakini, 10 yaşlı Bəhruz Bağırzadəni tamah məqsədi ilə oğurlayaraq qətlə yetiriblər. Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR