Bank Of Baku

İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova vəfat edib

İki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənova vəfat edib
# 05 sentyabr 2008 07:14 (UTC +04:00)
Qeyd edək ki, xeyli müddətdir, beyin qan dövranı pozğunluğundan əziyyət çəkən Ş. Həsənovanın səhhəti avqustun 24-də kəskin pisləşib. Həmin gün o, Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib, burada ona beyin insultu diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, Ş. Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum öz vəsiyyətinə əsasən bu gün doğulduğu kənddə torpağa tapşırılacaq.

Qeyd edək ki, Ş. Həsənova 1926-cü ildə Füzuli rayonunun Arayatlı kəndində anadan olub. Erkən yaşlarından əmək fəaliyyətinə başlayan Ş. Həsənova uzun müddət Arayatlı kəndindəki “1 May” kolxozuna rəhbərlik edib. Azərbaycanın ən məşhur pambıqçılarından olan Ş. Həsənova respublikanın iki dəfə Sosialist Əməyi Qəhrəmanı adı almış əməkçisi kimi də tarixə düşüb. O, SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR