Bank Of Baku

Dələduzluqla məşğul olan Yevlax sakinləri tutulub

Dələduzluqla məşğul olan Yevlax sakinləri tutulub
# 05 sentyabr 2008 07:34 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada uzun müddət dələduzluqla məşğul olan iki Yevlax sakini tutulub. Astara rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, Yevlax şəhər sakinləri 1967-ci il təvəllüdlü Rafiq Sərxan oğlu Abbasov və 1979-cu il təvəllüdlü Azər Nazim oğlu Cəbrayılov rayonun ayrı-ayrı yaşayış məntəqələrində özlərini müqəddəs şəxs kimi qələmə verməklə yerli sakinlərdən pul və qızıl-zinət məmulatları almağa nail olublar. Sonuncu dəfə onlar rayonun Pəlikeş kənd sakini Gülyaz Əliyevadan dəyəri 300 manat olan qızıl pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı, Bürzülbənd kənd sakini Gülbəniz Əliyevadan isə 1 ədəd qızıl üzük və 3 ədəd qızıl boyunbağı alarkən yaxalanıblar. Faktla bağlı Astara Polis Şöbəsində cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR