Bank Of Baku

Moskvada baş verən partlayışda bir azərbaycanlı ölüb, doqquz soydaşımız yaralanıb - YENİLƏNİB

Moskvada baş verən partlayışda bir azərbaycanlı ölüb, doqquz soydaşımız yaralanıb - <font color=red>YENİLƏNİB</font>
# 05 sentyabr 2008 07:43 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, dünən axşam saat 22.00 radələrində Moskvada General Belov küçəsində yerləşən yay kafesində gücü 400 qram trotil ekvivalentinə bərabər partlayış baş verib. Partlayış zamanı Moskvada müvəqqəti qeydiyyatda olan, adı açıqlanmayan bir Azərbaycan vətəndaşı həlak olub, 10 nəfər xəsarət alıb. Təhqiqat zamanı partlayış gücünün daha çox olması üçün partlayıcı qurğunun içərisinə çoxlu bolt və qayka doldurulduğu müəyyənləşib. Cinayətkarın partlayıcını əl çantasında gətirərək masalardan birinin altına qoyduğu ehtimal edilir. Ən son məlumata görə, partlayış zamanı xəsarət alanların 9-u Azərbaycan vətəndaşıdır. Faktla bağlı “qətlə yetirmə” və “silahın qeyri-qanuni əldə olunması, satışı, saxlanması, daşınması və gəzdirilməsi” maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR