Bank Of Baku

Olimpiya üçüncüsü Vüqar Ələkbərovun məhkəməsi sentyabrın 9-a təyin olunub

Olimpiya üçüncüsü Vüqar Ələkbərovun məhkəməsi sentyabrın 9-a təyin olunub
# 05 sentyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əlövsət Abbasovun sədrliyi ilə boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə baxışı sentyabrın 9-na təyin olunub.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunur. İttihama görə, V. Ələkbərov hədə-qorxu yolu ilə iş adamı “İnşaatçı” E MMC -nin təsisçisi Kənan Quliyevdən 10 min dollar pul tələb edib. Zərərçəkmişin ifadəsi əsasında onu bu ilin mayın 16-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR