Bank Of Baku

Moskvada partlayış zamanı ölən və yaralanan soydaşlarımızın adları məlum olub

Moskvada partlayış zamanı ölən və yaralanan soydaşlarımızın adları məlum olub
# 05 sentyabr 2008 13:00 (UTC +04:00)
Moskva-APA. Moskvada “Artizan” kafesində baş verən partlayış nəticəsində ölən soydaşımızın şəxsiyyəti dəqiqləşib. APA-nın məlumatına görə, bu, 53 yaşlı Hüseyn Əkbər oğlu Kərimovdur. Hadisə zamanı yaralanan Azərbaycan vətəndaşlarının bəzilərinin də adlarını müəyyənləşdirmək mümkün olub. Bunlar 23 yaşlı Rafiq Allahverdiyev, Namiq Nəsibov və İbad Hüseynovdur. Bundan başqa partlayış zamanı kafedə olan 32 yaşlı Natalya adlı bir qadın da yaralanıb. Yaralılar kafeyə bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat etmiş 43 yaşlı soydaşımızın cümə axşamı məclisində iştirak etmək üçün toplaşdıqlarını bildiriblər. Hadisə zamanı kafedə 50-dən artıq soydaşımız olub. Cinayətin motivləri bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR