Bank Of Baku

Şəmkirdə Qafqazın arxeologiya və etnoqrafiyasına dair beynəlxalq konfrans başlayıb

Şəmkirdə Qafqazın arxeologiya və etnoqrafiyasına dair beynəlxalq konfrans başlayıb
# 11 sentyabr 2008 11:13 (UTC +04:00)
Şəmkir. Nəzakət Məşədiəliqızı –APA. Bu gün Şəmkir şəhərində "Qafqazın arxeologiya və etnografiyası" mövzusunda 10-cu Beynəlxalq konfrans işə başlayıb. Azərbaycan, Rusiya, Türkiyə, Fransa, Gürcüstan, Dağıstan və Almaniya arxeoloqlarının iştirak etdiyi konfransda Qafqazın arxeologiya və Etnologiyasına dair 90 aktual elmi məruzə müzakirə olunub. Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun APA –nın qərb bürosuna verdiyi məlumata görə, bu gün konfransda Qafqazda aparılan arxeoloji və etnoqrafik tədqiqatların yekunları müzakirə olunub, aşkarlanan faktlar təhlil edilərək qiymətləndirilib: "Konfransın Şəmkirdə keçirilməsi təsadüfi deyil. Şəmkir Azərbaycanın arxeoloji abidələrlə zəngin bölgələrindən biridir və xarici alimlər də bu bölgəyə maraq göstərirlər”.
Konfrans 2 gün davam edəcək. Bu gün konfrans iştirakçılarına "Şəmkr arxeoloji irsi tarixi və memarlığı" kitabı təqdim olunacaq.
Qeyd edək ki, "Qafqazın arxeologiya və etnografiyası" mövzusunda Beynəlxalq konfrans 1988-ci ildən başlayaraq ildə bir dəfə Qafqaz ölkələrinin birində keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR