Bank Of Baku

Gəncədə "Seçki prosesi və polis" mövzusunda seminar keçirilib

Gəncədə "Seçki prosesi və polis" mövzusunda seminar keçirilib
# 12 sentyabr 2008 21:30 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncə şəhər Polis İdarəsinin əməkdaşları üçün Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Tətbiqi üzrə birgə İşçi Qrupunun təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə "Seçki prosesi və polis" mövzusunda treninq keçirilib.
İşçi Qrupun üzvü Şahin Camalov APA –nın qərb bürosuna bildirib ki, qarşıdan gələn seçkilərdə hər bir kəsin aidiyyəti dövlət orqanlarına qabaqcadan xəbərdarlıq etməklə yığıncaq, mitinq, küçə yürüşləri piket keçirmək hüququ var. Tədbirdə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunla bağlı mühazirə oxuyub. Treninqdə bir neçə ölkədə seçkilərdə müşahidəçi kimi iştirak etmiş Niderlanddan və Böyük Britaniyadan olan ekspertlər polis əməkdaşlarına öz təcrübələri barədə danışıb, video-çarxlar nümayiş etdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR